Sumqayıtda azyaşlı 4-cü mərtəbədən yıxılıb

01:20 13-09-2020 33

Sumqayıtda azyaşlı hündürlükdən yıxılıb.

APA-nın məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonunda ev 66 ünvanında baş verib. 

Belə ki,  2016-cı il təvəllüdlü Məmmədov Hüseyn Fərhad oğlu beşmərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılıb. Ağır xəsarətlər alan azyaşlı xəstəxanaya çatdırılıb və o reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.