Abşeronda zəncirvari qəza: Üç maşın toqquşdu, bir nəfər ağır xəsarət aldı – FOTO

10:20 13-09-2020 389

Abşeronda zəncirvari yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib. “VAZ 21015” markalı avtomobil ona çırpılıb. Evakuator xidmətinə məxsus nəqliyyat vasitəsi isə “VAZ 21015”ə çırpılıb.

Nəticədə “VAZ 21015”də olan bir nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsində hadisənin təfərrüatı araşdırılır.