Mingəçevirdə qadın qonşusunu bıçaqladı

11:20 13-09-2020 32

Mingəçevirdə qadın yaşlı kişini bıçaqlayıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Gəncə şosesində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Dəmir Beton Məmulatları zavodunun həyətində baş verib.

Mübahisə zamanı 1940-cı il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlu qonşu qadın tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.