Həbib Nurməhəmmədovun növbəti döyüşünün şərtləri məlum oldu

17:20 13-09-2020 456

UFC-nin yüngül çəkidə mütləq çempionu Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında keçiriləcək döyüşün şərtləri məlum olub. 

TASS-ın xəbərinə görə, bu barədə rusiyalı çempion döyüş sənətləri forumunda onlayn-konfrans zamanı bildirib. O, qeyd edib ki, döyüş qapalı şəraitdə, azarkeşlərsiz olacaq. 

Qeyd edək ki, döyüş 24 oktyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.