Sabahdan fəaliyyətini bərpa edən Bakı metrosunda tətbiq olunacaq QAYDALAR - VİDEO

18:20 13-09-2020 384

Sentyabr ayının14-ü səhər saat 06:00-dan etibarən,72 günlük aradan sonra metronun fəaliyyəti bərpa olunacaq. 

Metro açılsa, burada da tibbi göstərişlərin yerinə yetirilməsi məcburi olacaq. Bu zaman sərnişinlərin tibbi maskadan istifadə etməsinə xüsusi nəzarət olacaq. Yəni maskanı metro ərazisinə daxil olarkən taxıb, vaqonlarda maskanı çıxaran vətəndaşlara xəbərdarlıq olunacaq. Əlavə olaraq xüsusi məlumatlandırıcı lövhələr və nişanlar yerləşdiriləcək.

Xatırladaq ki, pandemiya şəraitində metrodan istifadə qaydalarına riayət olunması ilə yanaşı, əhaliyə tövsiyə olunur ki, zərurət olmadığı müddətcə yeraltı nəqliyyat vasitəsindən istifadə etməsinlər.