Lənkəranda 17 yaşlı oğlan süni göldə batıb

19:40 13-09-2020 373

Lənkəran şəhərinin Darquba kəndində süni göldə batan 2003-cü il təvəllüdlü Əliyev Elşad Tofiq oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, E.Əlyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.