“Qalatasaray”ın Bakıya gələcək heyəti AÇIQLANDI

21:00 13-09-2020 26

“Qalatasaray” klubu Avroliqanın II təsnifat mərhələsində “Neftçi” ilə keçirəcəyi oyunun heyətini UEFA-ya təqdim edib.

Baş məşqçi Fatih Terim siyahıya 23 futbolçunun adını daxil edib. 

Bunlar aşağıdakılardır:

Qapıçılar: Okan Kocuk, Fatih Öztürk.

Müdafiəçilər: Şener Özbayraklı, Omar Elabdellaui, Martin Linnes, Rayan Donk, Kristian Luyindama, Marselo Saraççi, Markao.

Yarımmüdafiəçilər: Ömer Bayram, Taylan Antalyalı, Yunes Belhanda, Oqenekaro Etebo, Cimmi Durmaz, Emre Kılınç, Sofian Fequli, Rayan Babel, Yunus Akgün, Arda Turan, Jesse Sekidika.

Hücumçular: Radamel Falkao, Ali Yavuz Kol, Mbaye Diagne.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də, Bakı vaxtı ilə 20:00-da start götürəcək.