Bu gün Türkiyədə koronavirusdan 57 nəfər ölüb

22:00 13-09-2020 414

Bu gün Türkiyədə koronavirusdan daha 57 nəfər vəfat edib.

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.

Məlumatda bildirilir ki, son 24 saatda 96 097 şübhəli koronavirus testindən keçib, onlardan 1527-nin cavabı pozitiv çıxıb, 1102 xəstə isə sağalaraq evə buraxılıb.

Bununla da Türkiyədə ümumilikdə 291 162 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 258 833 nəfər sağalıb, 7056 nəfər ölüb.