Qubada ikimərtəbəli evdə yanğın baş verib

23:00 13-09-2020 402

Quba rayonunun İkinci Nügədi kəndində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə zamanı ümumi sahəsi 160 kvm olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət ev yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.