Goranboyda yol qəzası nəticəsində ata və oğul xəsarət alıb

00:00 14-09-2020 405

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə rayonun Xanqərvənd - Tərtər yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı avtomobilin motosikletlə toqquşması nəticəsində, motosikletdə olan, 1978-ci il təvəllüdlü Aftandil Teymurov və 2005-ci il təvəllüdlü oğlu Amil xəsarət alıblar.

Yaralıların hər ikisi xəstəxanaya aparılıb. Onların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.