Yol kənarındakı çantadan şübhələndi: Yaxınlaşanda gördüklərinə inana bilmədi

02:00 14-09-2020 343

Türkiyənin Adana şəhərində avtomobili ilə hərəkət edən bir vətəndaşın yol kənarındakı su kanalının yanında qadın çantası diqqətini çəkib. Həmin şəxs avtomobilindən düşərək kanala yaxınlaşanda isə suda qadının hərəkətsiz halda olduğunu görüb.

"Milliyet"in xəbərinə görə, hadisə yerinə gələn polis qadını sudan çıxara bilib. Həkimlərin müayinəsindən sonra qadının həyatını itirdiyi məlum olub. 

30 yaşlı Selda G.-nin cəsədi ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.