Gecə yuxusu qəfil pozularsa, nə etmək lazımdır?

06:20 14-09-2020 30

Britaniyalı alim gecə yuxusunun bölünməməsi üçün sadə metodları açıqlayıb. 

Bu barədə "Express" məlumat yayıb.

Bildirilib ki, Nerina Ramlaxan gecə yuxusu qəfil pozulan zaman telefondan uzaq durmağı məsləhət görür. Mavi ekranın şüaları yuxusuzluğu daha da dərinləşdirə bilər. 

Alimin sözlərinə görə, gecə yuxusunun pozulmasına səbəb melatonin hormonunun çatışmazlığıdır. Onu bərpa etmək üçün düzgün nəfəs hərəkətləri etmək mütləqdir. Yatmazdan öncə sabun və şampun istifadə etmədən isti vanna qəbulu və kitab oxumaq da dərin yuxuya səbəb ola bilər.