Ovçu dostunu donuz bilib güllələdi

06:40 14-09-2020 340

Türkiyədə ova gedən şəxs səhvən dostunu güllələyib.

Haberler.com-un məlumatına görə, hadisə Bursa şəhərində qeydə alınıb.

Ova çıxan şəxslərdən biri ağacın arxasında gizlənən dostunu donuz bilərək güllələyib. 

Nəticədə, həmin şəxs hadisə yerində dünyasını dəyişib.