Komitə sədri spikerin Türkiyə səfərini şərh etdi

12:20 14-09-2020 387

Milli Məclisin sədri Sahibə Qafarovanın ilk rəsmi səfərinin qardaş Türkiyəyə olması təsaadüfi deyil. 

HerGun.Az-ın müxbiri xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin iclasında deyib.

Deputatın sözlərinə görə, S.Qafarovanın səfəri, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla, Prezident Rəcəb Tayyib Ərdoğanla və digər rəsmilərlə görüşü onu göstərdi ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur.

“Azərbaycanın Türkiyə ilə münasibətləri hər zaman qardaşlıq səviyyəsində olub. Bu münasibətləri daha da yüksələn xətlə inkişafının şahidi oluruq”,-deyə S.Seyidov əlavə edib.

Xatırladaq ki, sentyabrın 10-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Respublikasına edib.

Səfər sentyabrın 12-də başa çatıb. 

Aqşin Kərimov