Mourinyudan “Trabzonspor”un futbolçusu barədə AÇIQLAMA

14:00 14-09-2020 432

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyu “Trabzonspor”un prezidenti Ahmet Ağaoğlunun fikirlərinə münasibət bildirib.

BBC xəbər verir ki, “Kristal Palas”dan icarəyə götürülmüş norveçli hücumçu Aleksander Sörlotun “Tottenhem”ə keçməsinə Mourinyu belə cavab verib:

“Bu məsələni müzakirə etmək istəmirəm. Çünki oyunçu “Trabzonspor”a məxsusdur. Klub prezidenti deyir ki, o, “Totenhem”ə keçəcək. Bunun yalan olduğunu deyən mən olmayacağam”.

Qeyd edək ki, 24 yaşlı Aleksander Sörlot ötən mövsüm Türkiyə Superliqasında 34 oyuna 24 qol vurmaqla ən yaxşı bombardir olub. Ahmet Ağaoğlu bu transfer üçün Almaniyanın “Leypsiq” və İngiltərənin “Tottenhem” klubları ilə görüşdüklərini bildirib.

Səbuhi Musayev