Dünyanın ən çox qazanan futbolçusu məlum oldu

23:00 14-09-2020 28

İspaniyanın “Barselona” klubunun argentinalı kapitanı Lionel Messi dünyanın ən çox qazanan oyunçusu hesab olunur.

Bu, “Forbes” jurnalının 2020-ci ilin ən çox qazanan futbolçularının siyahısında öz əksini tapıb.

Futbolçunun builki gəliri 126 milyon ABŞ dolları təşkil edib.

Siyahıda  ikinci yeri 117 milyon ABŞ dolları qazanan İ”Yuventus”un portuqaliyalı forvardı Kriştianu Ronaldu tutub. 

Növbəti yerdə isə Fransa PSJ-sinin braziliyalı hücumçusu Neymar qərarlaşıb. Onun qazancı 96 milyon ABŞ dolları olub.

Siyahını tam şəkildə təqdim edirik:

1. Lionel Messi (“Barselona”) - 126 milyon ABŞ dolları

2. Kriştianu Ronaldu (“Yuventus”) - 117 milyon ABŞ dolları

3. Neymar (PSJ) - 96 milyon ABŞ dolları

4. Kilian Mbappe (PSJ) - 42 milyon ABŞ dolları

5. Məhəmməd Salah (“Liverpul”) - 37 milyon ABŞ dolları

6. Pol Poqba (“Mançester Yunayted”) - 34 milyon ABŞ dolları

7. Antuan Qrizmann (“Barselona”) - 33 milyon ABŞ dolları

8. Qaret Beyl (“Real Madrid”, İspaniya) - 29 milyon ABŞ dolları

9. Robert Levandovski (“Bavariya”) - 28 milyon ABŞ dolları

10. David De Xea (“Mançester Yunayted”) - 27 milyon ABŞ dolları