Rusiyalı turist Antalyada ağır xəsarət aldı - ANBAAN VİDEO

23:20 14-09-2020 400

Türkiyənin Antalya şəhərində minik avtomobili həyat yoldaşı və dostu ilə yolu keçən qadını piyada keçidinin üstündə vurub.

“İhlas Haber Ajansı” (İHA) xəbər verir ki, insident anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Avtomobilin vurduğu rusiyalı qadın baş nahiyəsindən və ayağından ağır xəsarət alıb.

O, yaxınlıqdakı xəstəxanaların birinə yerləşdirlib.