Trampın əlini öpmək istəyən peşəkar döyüşçü sərt tənqid edildi - VİDEO

23:40 14-09-2020 477

ABŞ Prezidenti Donald Trampla UFC döyüşçüsü Kolbi Kovinqtonun əl sıxıb görüşməsi müzakirələrə səbəb olub.

İdmançı Trampla görüşünün videosunu öz “Twitter” səhifəsində bölüşüb.

Kadrlarda D.Tramp döyüşçüyə qarşıdakı turnirdə uğurlar arzulayır və daha sonra əl verib görüşür.

K.Kovinqton isə ABŞ liderinin əlini sıxaraq üzünə tərəf yaxınlaşdırır.

Məhz bu məqam döyüşçünün pərəstişkarlarını narazı salıb.

Videonu şərh edən şəxslər döyüşçünün D.Trampın əlini öpmək istədiyini, lakin son anda fikrindən daşındığını qeyd ediblər.