26 il axtarışda olan qatil tapıldı

00:40 15-09-2020 351

Rusiyanın İrkutsk vilayətində 26 il axtarışda olan şəxs tapılıb.

Vesti.ru xəbər verir ki, 51 yaşlı kişi 1994-cü ilin aprel ayında bir şəxslə əlbir olaraq qətl törədib.

Bundan sonra onlar cəsədi yol kənarına atıb, öldürdükləri şəxsin maşını ilə gediblər və onun adından qohumlarına məktub yazıblar. Məktubda mərhumun İrkutskda qalacağı və bir həftə sonra qayıdacağı qeyd edilib.

Bu yolla həmin şəxslər izi itirməyə, vaxt qazanmağa çalışıblar.

Polis cinayətkarların kimliyini müəyyənləşdirib, lakin Qazaxıstanda onların izini itirib.

İllər keçdikdən sonra, şübhəlilərdən biri tapılıb. Məlum olub ki, o, öz vətəni olan Qazaxıstanda ad-soyadını dəyişib və yenidən Rusiyaya qayıdaraq, Belqorod vilayətində yaşayıb.