ABŞ-da əyləncə təşkil edilən evin qarşısında gülləbaran - VİDEO

06:20 15-09-2020 452

ABŞ-ın Nyu-Cersi ştatının Nyu-Bransuik şəhərində iki nəfərin ölümü, altı şəxsin ağır yaralanması ilə nəticələnən silahlı insident yaşanıb.

Bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Silahlı insidentin bəzi görüntüləri sosial şəbəkələrdə yayımlanıb.

Görüntülərdə avtomobilin əyləncə təşkil olunan evin qarşısında dayandığı, oradan düşən silahlı şəxslərin ətrafdakılara atəş açdığı əks olunub.