Keçmiş məhkumdan silah-sursat götürüldü

14:40 15-09-2020 391

Bakıda keçmiş məhkumda silah-sursat aşkarlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı dəmir yolu stansiyasının ərazisində Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Quliyevdən nömrəsi silinən “Makarov” markalı tapança, bir ədəd patron darağı və dörd ədəd patron götürülüb.