“Qarabağ” futbolda karantin qaydalarını pozdu

15:20 15-09-2020 396

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

AFFA-nın saytı xəbər verir ki, Premyer Liqanın II turu üçün cəzalar açıqlanıb.

“Keşlə” – “Qarabağ” oyununda “Qarabağ” klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada bir boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək) yerinə yetirmədiyi üçün klub 800 manat cərimə olunur. (maddə 62.3)

“Keşlə” – “Qarabağ” oyununda “Qarabağ” klubu stadiona gələrkən gecikdiyi üçün klub 800 manat cərimə olunur. (maddə 54)

“Neftçi” – “Sumqayıt” oyununda “Neftçi” klubunun 5 nömrəli futbolçusu Anton Krivotsyuk qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanır, klub 200 manat cərimə olunur. (maddə 47)

“Səbail” – “Zirə” oyununda “Zirə” klubunun dörd futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)

“Sabah” – “Qəbələ” oyununda “Sabah” klubunun 14 nömrəli futbolçusu Slavik Alxasov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanır, klub 200 manat cərimə olunur. (maddə 47)

“Sabah” – “Qəbələ” oyununda “Qəbələ” klubunun beş futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)