Yevlaxda iki avtomobil toqquşdu: Yaralılar var

22:20 15-09-2020 387

Yevlaxda iki avtomobilin toqquşması zamanı iki nəfər xəsarət alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Balçılı kəndi istiqamətində baş verib.

VAZ markalı iki minik maşınının toqquşması nəticəsində 1990-cı il təvəllüdlü rayon sakini Kərimov Babək Əkbər oğlu və 1998-ci il təvəllüdlü Cəfərov Mehman Qəhrəman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.