Dörd kişi əlilliyi olan gənc qadına təcavüz etdi

06:00 16-09-2020 445

Türkiyənin Kocaeli vilayətinin Kartepe rayonunda əlilliyi olan qadına dörd nəfər təcavüz edib.

“Haber Global” məlumat verir ki, əqli çatışmazlığı olan 20 yaşlı qadın bu barədə qardaşı arvadına xəbər verib.

Ailəsi polisə şikayət etdikdən sonra dindirilən qadın M.Y. adlı şəxsin ona təcavüz edərək şəklini çəkdiyini deyib.

Bundan sonra, həmin şəxs qadının şəkillərini başqa kişilərə göstərib və onu öldürməklə hədələyib.

Qadın qeyd edib ki, ayaqqabı dükanında satıcı ona təcavüz edib və bıçaqla öldürəcəyini deyib.

O, digər iki şəxsin də təcavüzünə məruz qaldığını bildirib.

Faktla bağlı araşdırma başlanılıb.