Azərbaycanın neft və qaz ixracının dəyəri məlum oldu

16:40 16-09-2020 538

2020-ci ilin yanvar-iyul aylarında ixrac olunan mühüm növ mәhsulların miqdarı və məbləği açıqlanıb.

HerGun.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2020-ci ilin yanvar-iyul aylarında ixrac olunan xam neftin miqdarı 19558,2 min ton olub, ixrac olunan məhsulun məbləği isə 6 milyard 398 milyon 120 min ABŞ dollarını təşkil edib.

2020-ci ilin yanvar-iyul aylarında ixrac olunan tәbii qazın miqdarı isə 7713,3 milyon kub metr olub. Onun ixrac məbləği 1 milyard 488 milyon 420 min ABŞ dollarını təşkil edib.