Tramvayın konduktorunu döyüb, çantasını oğurladılar - VİDEO

19:20 16-09-2020 381

Rusiyanın Krasnodar şəhərində hərəkətdə olan tramvayda konduktorla sərnişin arasında əlbəyaxa dava olub.

REN TV xəbər verir ki, hadisə ictimai nəqliyyatda olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Qeyd olunur ki, konduktor sərnişinlərdən gediş haqlarını ödəməyi xahiş edib, lakin onlar pulu ödəməkdən imtina ediblər və nəticədə tərəflər arasında bir neçə dəqiqə davam edən əlbəyaxa dava başlayıb.

Vaqonda olan ikinci sərnişin isə nəinki dava edən tərəfləri ayırmır, əksinə tramvay dayanan kimi konduktorun çantasını oğurlayaraq oradan uzaqlaşır.