Tələbə yataqxanasında çimən qızların videosunu çəkən gənc saxlanılıb - FOTO

22:20 16-09-2020 326

Oxuduğu ali məktəbdə tələbə qızların intim görüntülərini çəkən gənc saxlanılıb.

Bu barədə “Malay Mail” xəbər yayıb.

Məlumata görə, hadisə Sinqapurda yaşanıb. Sinqapur Milli Universitetinin arxitektura fakültəsinin tələbəsi olan Coel Rasis İsmayıl qızların ətəklərinin altından erotik çəkilişlər edirmiş. Bundan başqa, o, yataqxanada qalan tələbə qızlar çimərkən onları videoya çəkib.

Gəncin bu əxlaqsız hərəkətinin üstü açılıb.

Tələbə istintaqa verdiyi ifadəsində videoya baxdıqdan sonra onları sildiyini deyib.

İsmayıla qarşı cinayət işi açılıb. Universitetdən uzaqlaşdırılan gənci 1500 sinqapur dolları (1 873 AZN) cərimə və hər bir qanun pozuntusu üçün üç aylıq həbs cəzası gözləyir.