Törətmədiyi cinayətə görə 37 il həbs cəzası çəkdi

00:40 17-09-2020 337

ABŞ-da məhkəmə 37 il həbs cəzası çəkən kişiyə bəraət verib.  

Bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Robert Düba 1983-cü ildə 19 yaşlı qıza qarşı cinayət əməli törətməkdə ittiham edilərək həbs olunub.

Əvvəl R.Dübaya ölüm hökmü verilib, lakin bir müddət sonra cəza ömürlük həbslə əvəz olunub.

Bu yaxınlarda isə məlum olub ki, hökm məhkuma aid olmayan qan analizlərinin nəticəsinə əsasən çıxarılıb.

Yeni DNT nümunələri məhbusun cinayətlə heç bir əlaqəsi olmadığını göstərib və 37 il törətmədiyi cinayətə görə cəza çəkən şəxs azadlığa buraxılıb.