Bakıda ağır qəza baş verib, ölən var

01:20 17-09-2020 338

Bakı şəhərinin Qaradağ rayonunda "Toyota" markalı minik avtomobili və MAN markalı yük maşını toqquşub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda belə deyilir.

Bildirilir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Rüstəmov Qədir İsmayıl oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.