Eyvanda akrobatika ilə məşğul olan qadın yeddinci mərtəbədən yerə çırpıldı – VİDEO

08:20 17-09-2020 351

Eyvanda akrobatika ilə məşğul olan qadın yeddinci mərtəbədən yerə çırpılıb. Hadisə anı küçəyə quraşdırılmış müşahidə kameralarında anbaan qeydə alınıb.

Bu barədə “Haber7” xəbər yayıb.

Məlumata görə, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. Həmin vaxt Ukrayna əsilli gimnast və aerobika müəlliməsi 43 yaşlı Larisa Kuzikin evində qonaqları da olub. Onların sözlərinə görə, həmin vaxt qadın eyvanda dəmir məhəccərlərin üzərində məşq edirmiş.

Polis hadisə ilə bağlı istintaqa başlayıb.