Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçdi - STATİSTİKA

09:20 17-09-2020 31

Dünyada 30 038 411 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə HerGun.Az-ın qeyd edilir.

Virusdan 945 097 xəstə ölüb, 21 806 713 nəfər sağalıb.

Koronavirusun ən çox yayıldığı qitə Asiya (8 975 671 nəfər), ölkə ABŞ-dır (6 828 301 nəfər).

Ölkələr arasında digər yerləri 5 118 253 yoluxma ilə Hindistan, 4 421 686 yoluxma ilə Braziliya, 1 079 519 yoluxma ilə Rusiya tutur.

İlk onluğa daxil olan digər Avropa dövləti İspaniyadır (614 360 nəfər).

İran siyahıda 410 334 yoluxma ilə 12-ci, Türkiyə 296 391 yoluxma ilə 19-cudur.

Ermənistanda 46 376, Gürcüstanda 2 758 nəfərdə koronavirus qeydə alınıb.

Azərbaycanda koronavirusun aşkarlandığı 38 658 nəfərin 569-u ölüb, 36 149-u sağalıb.