Yaroslav Trifonovdan Azərbaycan Ordusuna dəstək - VİDEO

01:20 04-10-2020 566

Rus Dram Teatrının aktyoru Yaroslav Trifonov Azərbaycan Ordusuna dəstəyini nümayiş etdirib. 

O, bununla bağlı “Facebook” hesabında videomüraciət yayımlayıb:

“Biz birlikdə güclüyük! Ədalət bərqərar olacaq! Allah əsgərlərimizi qorusun! Mən Rusiya əsilli azərbaycanlıyam. Mənim kimi burada minlərlə insan var. Burada rus orta və ali məktəbləri, provaslav kilsələri var. Bİz hamımız Azərbaycan vətəndaşı olaraq, cəbhəyə yollanıb, işğal altındakı torpaqların azad olunması uğurunda döyüşərik”.