Bakı sakinləri qələbə xəbərini Şəhid komandirin evi qarşısında qeyd etdilər - VİDEO

02:20 04-10-2020 420

Ali Baş Komandan İlham Əliyevin Tərtərin Suqovuşan qəsəbəsini, daha sonra isə yeddi kəndin azad olunduğunu elan etməsi Azərbaycanda böyük sevinc ilə qarşılanıb.

Komendant saatı olmasına rəğmən, insanlar qələbəni qeyd etmək üçün küçələrə çıxıblar.

Bakıda isə sevincli insanlar Tovuz döyüşlərinin şəhidi, polkovnik İlqar Mirzəyevin evinin qarşısına toplaşıb. “Şəhidlər ölməz, Vətən bölünməz”, “İlqar, sən bizim fəxrimizsən!” şüarları səsləndirən sevincli sakinlərə şəhidin oğlu da qoşulub. Şəhid komandirin oğluna Azərbaycan bayrağı hədiyyə edilib.