Azərbaycanda 56 min tondan çox qarğıdalı yığılıb - FOTO

09:20 04-10-2020 504

Azərbaycanda 56 min tondan çox qarğıdalı yığılıb.

“Aqroservis” ASC-dən HerGun.Az-a verilən məlumata əsasən, 2020-ci ildə Azərbaycanda qarğıdalı əkinində və yığımında yüksək nəticə əldə edilib.

Cari ilin yanvar-avqust aylarında ölkədə 34 min 603 hektar sahədə qarğıdalı əkilib. Bunun 10 min 528 hektarı dövlət və qeyri-dövlət kənd təsərrüfatı müəssisələri, 23 min 754 hektarı isə fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatları tərəfindən əkilib.

Əkinlə yanaşı məhsul yığımında da cari il üçün yüksək nəticə qeydə alınıb. Belə ki, ölkə üzrə ümumilikdə əkilmiş 34 min 603 hektar sahədən ümumilikdə 56 min 873 tondan çox məhsul yığılıb.

Hər hektardan orta məhsuldarlıq 56,3 sentner olub.

Qarğıdalı yığımı üçün “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20 ədəd kombayn və səkkiz ədəd xeder istifadəyə verilib. 

Şəmkir, Bərdə, Tərtər, Balakən, Qax, Goranboy və Yevlax rayonlarında məhsuldarlıq yüksək olduğu üçün texnikaların bu bölgələrə cəlb olunmasına xüsusi diqqət göstərilib. Digər rayonlarda da mexanizatorlarımız yığımda xüsusi fəallıq göstəriblər və məhsulun itkisiz və yüksək məhsuldarlıqla yığılmasına dəstək olublar.