“Barselona” xal itirdi, “Real”dan səfər qələbəsi - VİDEO

03:40 05-10-2020 539

İspaniya La Liqasında V tur başa çatıb.

İkinci oyun günündə beş qarşılaşma baş tutub.

Son çempion “Real” “Levante” üzərində qələbə ilə liderliyə yüksəlib. “Barselona” və “Sevilya” arasında matçda heç-heçə qeydə alınıb. Bu, hər iki komandanın ilk xal itkisi olub.

“Alaves” və “Osasuna” turu ev qələbəsi ilə başa vurub. “Kadis”lə “Qranada” qalibi müəyyənləşdirə bilməyib.

Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 17-18-də keçiriləcək.

İspaniya La Liqası
V tur
4 oktyabr

“Osasuna” – “Selta” – 2:0
Qollar:
Ronkaqlia, 73, Kalyeri, 76    

“Alaves” – “Atletik” – 1:0
Qol:
Eli, 74

“Levante” – “Real” – 0:2
Qollar:
Vinisius, 16, Benzema, 90

“Kadis” – “Qranada” – 1:1
Qollar:
Alexo, 48 – Sançes, 27

“Barselona” – “Sevilya” – 1:1
Qollar:
Koutinyo, 10 – De Yonq, 6