Konsulluq ABŞ-da yaşayan soydaşlarımıza erməni təxribatları ilə bağlı müraciət etdi

08:40 05-10-2020 419

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu mümkün erməni təxribatları ilə bağlı həmvətənlərimizə müraciət edib.

Müraciətdə deyilir:

“Əziz soydaşlar,

Silahlı qüvvələrimiz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməkdə davam edir. Bunu və yerli erməni radikalların mümkün təxribatlarını nəzərə alaraq, Qərbi ABŞ ştatlarında, xüsusilə Kaliforniyada yaşayan azərbaycanlılardan hər hansı küçə aksiyalarından kənar durmağı, Qarabağ həqiqətlərini digər müstəvilərdə, xüsusilə sosial şəbəkələr, siyasi xadimlər və media nümayəndələri ilə əlaqələrin qurulması vasitəsilə çatdırmağı xahiş edirik.

Yerli erməni radikallarından hansısa təhdidlər alındığı təqdirdə və ya digər şübhəli məqamlarla bağlı Baş Konsulluğa [email protected] elektron poçt ünvanı və ya 1 (310) 447-4616 qaynar xətti vasitəsilə dərhal məlumat verilməsini rica edirik.

Təşəkkür edirik!”