Koronavirusa qarşı immunitetin müddəti açıqlanıb

14:40 05-10-2020 433

Covıd-19-a qarşı immunitet sağaldıqdan sonra altı ay müddətində qalır.

Ura.ru-nun məlumatına görə, rusiyalı virusoloq və “Vektor” mərkəzinin keçmiş laboratoriya müdiri Aleksandr Çepurnov xəstəlikdən sağalanları müşahidə etdikdən sonra belə qənaətə gəlib.

Mütəxəssisin sözlərinə görə, onlarda anti cisimlərin sayı üç-dörd ayda azalır, beşinci-altıncı aydan sonra isə hüceyrə immuniteti koronavirus anti cisminə cavab reaksiyasını dayandırır.

“Buna görə COVİD-19 sonrası immuniteti altı ay hesablayıram. Beləliklə aprel və may aylarında xəstələnənlər yarım il sonra yenidən infeksiya təhlükəsi ilə üzləşəcəklər”, - deyə o xəbərdarlıq edib.