Kamran Əliyev: “Ermənistan son təxribatlarla uğursuzluğuna don geyindirmək istəyir”

16:40 05-10-2020 451

“Ermənistan müharibənin qaydalarını pozaraq təhlükəli addım atır. Onlar mülki əhalini hədəf alırlar. Dünən ermənilərin Gəncəyə atdığı atəş nəticəsində 32 mülki şəxs yaralanıb, bir nəfər vəfat edib”. 

HerGun.Az-ın müxbirinin məlumatına görə, bunu Baş Prokuror Kamran Əliyev Baş prokurorluqda keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, təxribatlar zamanı bir sıra obyektlərə ziyan dəyib: 

“Bu təhlükəli addımdır. Bu gün Gəncə şəhəri yenidən atəşə məruz qalıb. Üç nəfər yaralanıb, şəhərdə dağıntılar yaranıb”.

O qeyd edib ki, ermənilərin mülki əhaliyə hücum etməsi barədə sənədlər aktlaşdırılıb:

“Ermənilər mülki əhaliyə hücum etməklə sanki qəhrəmanlıq göstərirlər. Bu təxribatla uğursuzluğa don geyindirmək istəyirlər”.

K.Əliyev əlavə edib ki, dünən gecə Mingəçevir Su Stansiyası da raket hücumuna məruz qalıb: 

“Ordumuz tərəfindən həmin raketlər göydə vurulub”.

İlhamə Əbülfət