Kamran Əliyev: “Müharibənin əsasları və qaydaları var, Ermənistan bu prinsipləri kobud şəkildə pozur”

17:20 05-10-2020 784

Müharibənin əsasları və qaydaları var, Ermənistan bu prinsipləri kobud şəkildə pozur.

HerGun.Az-ın müxbirinin məlumatına görə, bunu Baş Prokuror Kamran Əliyev Baş prokurorluqda keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, müharibə hərbi qüvvə ilə aparılmalıdır: 

“Ermənistan mülki əhalini atəşə tutmağı dayandırmalıdır. Ermənilər ətraf rayon və şəhərlərdə dinc sakinlərə hücumu dayandırmalıdırlar. Biz bunu tələb edirik. Bu birbaşa beynəlxalq konvensiyalar və müharibə qanunlarının kobud şəkildə pozulmasıdır”.

İlhamə Əbülfət