Polad Bülbüloğlu: “Azərbaycan ərazi bütövlüyünü bərpa etmək əzmindədir”

00:20 07-10-2020 312

Azərbaycan Dağlıq Qarabağı işğaldan azad etmək əzmindədir.

Bu sözləri TASS agentliyinə müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu söyləyib.

“Azərbaycan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində anti-terror əməliyyatı aparır və ya əməliyyatları Ermənistanı barışığa məcbur etmək adlandırmaq olar, amma mahiyyət etibarilə bu, bütün dünya birliyi tərəfindən Azərbaycan ərazisi kimi tanınan əzəli torpaqlarımızın azadlığı üçün vətən müharibədir”, - deyə azərbaycanlı diplomat Dağlıq Qarabağ hadisələri ilə bağlı sualı cavablandırarkən bildirib.

“Artıq işğal olunmuş ərazilərin bir hissəsini azad etməyi bacarmışıq, hərbçilərimizin uğurları davam edir. Biz ərazi bütövlüyümüzü bərpa etmək əzmindəyik”, - deyə P. Bülbüloğlu fikrini tamamlayıb.