Hikmət Hacıyev: “Ermənistan Goranboyu qadağan olunmuş silahdan atəşə tutub” - FOTO
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Goranboyda mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etməsi ilə bağlı məlumat yayıb.
Bununla bağlı H.Hacıyev “Twitter” hesabında paylaşım edib.
“Ermənistanın Goranboy ərazisində yerləşən kəndlərə kaset bombaları atması ilə bağlı iki hadisə qeydə alınıb. Ermənistan fəal şəkildə Azərbaycanın yaşayış ərazilərini atəşə tutur. Faktlar yerindəcə qeyd edilib. Hazırda hadisə yerində ANAMA əməkdaşları işləyir”, - H.Hacıyev yazıb.
Qeyd edək ki, kaset bombaları dünyada qadağan olunmuş silahlar siyahısındadır.
In two instances rocket projectiles with cluster munitions fired by Armenia were registered in the vicinity of Goranboy region close to villages. Armenia actively uses cluster munitions against residential areas of Azerbaijan.Facts were recorded on the spot.ANAMA is in operation. pic.twitter.com/JPy3N88UU6
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 6, 2020