“Beşiktaş” Sərgən Yalçına vaxt verdi

03:20 07-10-2020 427

Türkiyə Super Liqasında son iki oyunda meydanı məğlub tərk edən, Avropa futbol turnirləri ilə erkən vidalaşan “Beşiktaş”da baş məşqçi dəyişikliyi baş verə bilər.

“Fotomac” xəbər verir ki, “ağ-qara”ların rəhbərliyi baş məşqçi Sərgən Yalçına 21 gün vaxt verib.

Mütəxəssis ölkə çempionatında “Denizlispor”a qarşı keçiriləcək oyuna qədər komandanı toparlamalı və qarşılaşmadan yaxşı nəticə ilə ayrılımalıdır.

Qeyd edək ki, 48 yaşlı S. Yalçın 2020-ci ilin yanvar ayında “Beşiktaş”a baş məşqçi təyin edilib.