“METAK”dan Azərbaycan əsgərinə vitamin payı

10:20 07-10-2020 536

Ərazi bütövlüyümüzün müdafiəsi naminə gedən döyüşlərdə hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Bu günlərdə birliyin mövcud olması ən vacib amillərdən biridir.

Torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə, cəbhə bölgəsindəki əsgərlərimizə dəstək olmaq naminə “METAK” şirkəti Milli Ordumuz üçün 20 ton alma göndərib.

“METAK” şirkəti olaraq işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün ön cəbhədə olan mübariz ordumuzun hər bir üzvünə uğurlar diləyir və əldə edilmiş ilkin qələbə münasibətilə xalqımızı təbrik edir.

Onuda qeyd etmək istərtid ki, “METAK” şirkəti ordumuza dəstək naminə Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait və digər texniki avadanlıqlarlada dəstək olub.

Şirkət həyata keçirdiyi bu kimi təşəbbüslərlə ordumuzun, xalqımızın və dövlətimizin yanında olduğunu ifadə edir. Şirkət bundan sonra da bu istiqamətdəki səylərini davam etdirəcək.