Bu il sentyabr ayı bütün dünyada son 30 ilin rekordunu təzələyib

11:20 07-10-2020 323

Bu il sentyabr ayı son 30 ildə müşahidə edilənlərin ən istisi olub.

Bu barədə “RİA Novosti” Avropa Birliyi İqlim Dəyişikliyi Xidməti olan “Kopernik”ə istinadla məlumat verib.

Bildirilir ki, 2019-cu illə müqayisədə, sentyabr bu il 0,05 dərəcə isti olub. Avropada  isə 2018-ci ilin “ən isti” sentyabrından temperatur 0,2 dərəcə daha yüksək olub.