Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 182 yeni yoluxma - FOTO

15:40 07-10-2020 346

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 182 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Aktiv xəstə sayı 1653 nəfərdir.

Ölkədə son sutka ərzində 5261, hazırkı dövrədək isə 1150658 test aparılıb.