Kimya üzrə “Nobel mükafatı”nın qalibləri açıqlandı - FOTO

16:40 07-10-2020 15

2020-ci ildə kimya üzrə “Nobel mükafatı”nın laureatları məlum olub.

Bunlar Maks Plank İnfeksion Biologiya İnstitutundan Emmanuel Şarpantye və Berklidəki Kaliforniya Universitetindən olan Cennifer Dudnadır.

Onlar genoma düzəliş edilməsi üçün yen metodun yaradılmasına görə bu mükafata layiq görülüblər.

Qaliblər 10 milyon İsveç kronu (1 906 360 AZN) məbləğində mükafatı yarı böləcəklər.