Cəbhədən toy tutan sənətkarlar

19:00 07-10-2020 15

Kubra Məhərrəmova yazır...

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Müdafiə Nazirliyi bildirdi ki, cəbhə boyu şiddətli döyüşlər gedir. Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar. Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.

Bu xəbəri Müdafiə Nazirliyindən 27 ildiki gözləyirdik. Bu xəbər çıxar-çıxmaz minlərlə oğullarımız könüllü cəbhəyə yazıldı. Döyüşçülərimizin qoruyucu mələkləri həkimlər də könüllü olaraq cəbhəyə yollandılar. Hətta övladılarını ana-atasına əmanət qoyub cəbhəyə könüllü yollanan ər-arvad olan həkimlərimizdə var. Allah hamısını sağ-salamat bizə bağışlasın! 

Bu günlər ərzində biz heç vaxt görmədiyimiz birliyi gördük. 

Sonuncu 180 manatını orduya bağışlayan Hikmət baba, milyonlarını bağışlayan holdinqlər, min ədəd kotlet bişirib əsgərlərə ev yeməyi göndərən ana-bacılar, cəbhədəki əsgərlərin kefi kök olsun deyə maşın-maşın şirniyyat, siqaret, digər muşqulat göndələr xalqın necə yüksək əhvalda olduğunu, əsgərinin qeydinə necə qaldığının sübutu oldu. 

Bu günlər heç kim yaxasını kənara çəkmədi. Kimin nəyə gücü çatdı elədi. Halbu ki, ordumuzun bunların heç birinə ehtiyacı yoxdur. Ordumuz ən son texnika ilə təhciz olunub və düşmənin başına od tökür. Ordumuz dünyanın 50 ən güclü ordusundan biridir. Sadəcə xalq öz əsgərinin qayğısına qalır. Sevə-sevə, məhəbbətlə. 

Xəstəxanalarda əsgərlərin qayğısını çəkməyə könüllü gedənlərdən tutmuş, Bakıda TIRlarla təkər yığıb cəbhəyə göndənlərə qədər. Hamı bu gün cəbhə üçün, Qarabağ üçün, Vətən üçün çalışır. Çünki cəbhədə mübariz, qorxmaz ordumuz Ali Baş Komandanın əmri ilə vuruşur. 

Bu gün Vətən müharibəsi aparan şanlı Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, bizim qələbə əzmimiz böyükdür və biz hamımız Ali Baş Komandan İlham Əliyevin əmrinə hazırıq. Çünki biz öz torpaqlarımızı geri qaytarırıq. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur, münaqişə indi həll olunmalıdır”!

Amma bu müqəddəsliyin içində ürəyimizi bulandıran, balası cəbhədə vuruşan anaların əsəbini oynadan bəzi şou-biznes nümayəndələrin özlərini qeyri-etik apardıqlarını da gördük. Görməz olardıq! 

Bu kəslərin hərbi formada, əyninə üstündə “press” yazılmış dəbilqə geyinib pozlar verərək “cəbhədəyik” deyə paylaşım etmələri ən azı yol verilməzdir. Bu kəslər həqiqətənmi anlamırlar ki, bu gün cəbhədə ağır döyüşlər gedir. Hamımızın əzizi, doğması orada düşmənlə mübarizədədir. Əgər bilmirlərsə Müdafiə Nazirliyinin verdiyi xəbərləri oxusunlar. Əlbəttə başları İnstagramda özlərini reklam etməkdən açılsa. 

Bu kəslərin özlərini belə aparması mənə görə ən azı  uzun illər cəbhə bölgəsində mütəmadi olaraq ermənilər tərəfindən atəşə məruz qalan mülki vətəndaşlarımız üçün təhqirdir. Riyakarlıqdır! Onlar demək olar ki, hər günlərini atəş səsi ilə açırlar. Amma indi kimlərlə gedib o torpaqlarda foto çəkib özünü qəhrəman kimi bizə sırımaq istəyir. 

Siz ancaq toy qəhrəmanı ola bilərsiz. Maqazin verilişlərində qalmaqa yarada bilərsiz. Özünüzə “həci” tapa bilərsiz. Kreditə bahalı avtomobil götürüb şəhərdə “avtoşluq” edə bilərsiz. Əvvəl başınızı bağlayıb, sonra saçınızı qaynaq edə bilərsiz. Yəni sizin fəaliyyət sahəniz nə pressdir, nə də cəbhə. 

Sizin yeriniz toydur, nişandı. Gedin mahnınızı oxuyun, rəqs edin, məşq edin. Gözəl olun, maraqlı kliplər çəkdirin. Biz baxaq alqışlayaq.  Amma cəbhədən uzaq. Şəhidlərimizin ruhunu təhqir etmədən. 

Siz oraya getməmişdən əvvəl gecə-gündüz orada jurnalistlərimiz çalışırdı. Onları mərmi atəşinə də tutdular. Amma onlar özlərini reklam etmədilər. Başlarını aşağı salıb xəbərlərini yazdılar, çəkdirlər və davam da edirlər. Yəni ora bir saatlıq foto-sesiya üçün getməyiblər. 

Və sonda. Əlaqədar qurumlardan xahiş edərdik ki, bu həssas məqamda ana-bacıların gözü yolda olduğu günlərdə, Ali Baş Komandanın bizə verdiyi QƏLƏBƏ xəbərləri günlərində bu şou-biznes nümayənlərini cəbhəyə buraxmayasız. 

Hələ də şəhid generalımız Polad Həşimovun anasına kondisioner bağışlamağa çalışın xınayaxdı aparıcısı yadımızdan çıxmayıb. Amma xınayaxan bilmir ki, bizim generalın ailəsinin ondan gələcək heç nəyə ehtiyacı yoxdur. Çünki dövlət və xalq Ordusunun yanındadır.