Ağ ayının hücumuna məruz qalan kişi sağ qaldı
03:40 08-10-2020 322
Rusiyanın Yakutiya bölgəsində maralçılıq təsərrüfatı olan 50 yaşlı kişi ağ ayının hücumuna məruz qalıb.
“RİA Novosti” xəbər verir ki, xəsarət almış kişi helikopter vasitəsi ilə xəstəxanaya çatdırılıb.
O, qollarından, ayaqlarından və başından çoxsaylı xəsarət alıb.
Hazırda onun həyatına təhlükənin olmadığı bildirilir.