Miqrantlar pula görə təqaüdçü kişini qaçıraraq, bir sutka işgəncə verdilər

04:40 08-10-2020 374

İki miqrant təqaüdçü kişini qaçıraraq, yığdığı pullarının harada saxlandığını öyrənmək üçün bir sutka ona işgəncə veriblər.

Dəhşətli hadisə Rusiyanın Yekaterinburq şəhərində baş verib.

Bu barədə Ura.ru-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilir ki, 76 yaşlı Valeri Polojentsevi qaçırmaqda şübhəli bilinənlər onu bir neçə il idi ki, tanıyırmışlar. Kişi tez-tez miqrantların çalışdığı kafeyə gedirdi.

Təqaüdçünün qocalıq demensiyası olduğundan küçələrdə, zibilliklərdə köhnə əşyaları yığaraq, evinə aparırmış.

“Miqrantlar bundan istifadə ediblər. Onlar köhnə əşyaları verəcəyini vəd edərək, kişini yataqxanaya çağırıblar”, - deyə mənbədən bildirilib.

Təqaüdçü yataqxanaya girəndə, onu sürüyərək, zirzəmiyə salıblar. Ağzı yapışqan lentlə bağlanan kişi bir sutka döyülüb və işgəncələrə məruz qalıb.

Sonda Polojentsev cinayətkarlara mənzilinin açarlarını verib, lakin miqrantlar orada pul tapmayıblar. Bundan sonra onlar təqaüdçünü meşəyə apararaq, orada boğublar, cəsədini isə reklam bannerinin altına gizlədiblər.

Şübhəlilərdən biri artıq saxlanılıb, digəri isə Tacikistana qaçmağı bacarıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.