Fransız Reno-Basso Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti seçilib

17:40 08-10-2020 394

Fransız Odil Reno-Basso oktyabrın 8-də dörd il müddətinə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti seçilib.

AYİB-in “Twitter”də yayılmış məlumatında deyilir ki, bu qərar Bankın Müdirlər Şurasının Londonda keçirilmiş iclasında qəbul edilib.  

Odil Reno Basso bu vəzifədə 2012-ci ildən dalbadal iki müddətə AYİB prezidenti olmuş Suma Çakrabartini əvəzləyib. 

55 yaşlı Reno-Basso son dörd ildə Fransanın İqtisadiyyat, Maliyyə və Bərpa Nazirliyi xəzinədarlığının baş direktoru vəzifəsində çalışıb.